Pensiya yaşı ilə bağlı mühüm AÇIQLAMA
1 Noyabr 2024
21:13 - 21 Yanvar 2024
Azərbaycan İspaniyadan balqabaq idxal etməyə başlayıb.
Manset.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, balqabaq, yunan qabağı və balqabaqlar fəsiləsindən olan digər tərəvəzlərin idxal miqdarı 307,94 tondur. Balqabaq ölkəmizdə boranı adı ilə məşhurdur. Həmçinin "qabaq" və "kudu" kimi də tanınır.
Maraqlıdır, bu məhsul ölkəmizdə əkilib-becərilirsə, o zaman nə üçün İspaniyadan gətiririk?
Kənd Təsərrüfatı Nazirliyindən "Kaspi"yə bildirilib ki, yerli məhsulun istehsalında heç bir problem yoxdur:
“Ölkəmizdə yetəri qədər balqabaq əkilir. Yəni, gətirilən məhsul bazara çıxarılmır. Ola bilər ki, xarici restoranlar gətirir. Bu məhsulu gətirənlər daha çox sahibkarlardır”.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev də deyib ki, ölkəmizdə kifayət qədər balqabaq əkilir:
“Cənub bölgəsində uzunsov növü, dağlıq ərazilərdə, məsələn, Gədəbəydə həyətyanı sahələrdə kudu deyilən yumru, iri balqabaqlar yetişdirilir. Elələri var ki, birinin ağırlığı 57 kiloqramdır. Şəxsən özüm çəkmişəm”.
E.Allahverdiyev qeyd edib ki, xarici sortlardan bizdə göy qabaq məşhurlaşıb:
“Ola bilər ki, göy qabağı qeyri-mövsüm vaxtı gətirirlər. Biz onu yunan qabağı kimi tanıyırıq. Son illərdə ölkəmizdə bu məhsula tələbat artıb. Xüsusi restoranlarda ondan yeməklər hazırlanır. Ölkəmizdə son illərdə bu məhsulun da əkin sahələri genişlənib. İstənilən regionda əkilib-becərilməsi mümkündür. Hətta istixana şəraitində də yetişdirilir. Amma bizim əkinçilər daha çox ənənəvi balqabaqları əkməyə üstünlük verirlər”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin