Məşhur boksçu bir il araq içməsə, mənzil hədiyyə ediləcək - FOTO

19:20 - 21 Yanvar 2024

Məşhur boksçu bir il araq içməsə, mənzil hədiyyə ediləcək - FOTO

Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlev rusiyalı qarışıq döyüş növləri (MMA) döyüşçüsü Aleksandr  Yemelyanenko ilə mərc edib.

 

Manset.az  lent.az-a istinadən bildirir ki, Kremlev Yemelyanenkoya bir ili spirtli içkisiz və idman rejimində keçirərsə, ona mənzil verəcəyini vəd edib. "Kim Yemelyanenkonu sərxoş tutsa yazsın!" - o əlavə edib.

Bundan əvvəl Yemelyanenko alkoqolizmin müalicəsindən danışıb. "Xəstəxanalara getdim, məni VİP palatalarla təmin etdilər, prosedurlar yazdılar. Sonra çölə çıxdım və düşündüm: heç kim bilməyəcək, mən pivə alacam. Və yenə də hər şey eyni şeydən başladı", - deyən Yemelyanenko bu həyat tərzini bəyəndiyini bildirib.

42 yaşlı Yemelyanenko MMA üzrə 40 döyüş keçirib, bu döyüşlərdə 29 qələbə qazanıb, 10 məğlubiyyət alıb. Onun iştirakı ilə daha bir döyüş heç-heçə başa çatıb.



Xəbər xətti

16 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin