"Çelsi" özündə deyil, amma..." - Con Terri

08:00 - 22 Yanvar 2024

"Çelsi"nin sabiq müdafiəçisi Con Terri London təmsilçisinin mövcud vəziyyətindən danışıb.

 

Manset.az xəbər verir ki, "Daily Mail" onun dediklərini belə çatdırıb:

"Təəssüf ki, "Çelsi" hazırda belə desəm, özündə deyil. Amma unutmayaq ki, baş məşqçiyə vaxt lazımdır. Maurisio Poçettino əla mütəxəssisdir. Onun işinə necə can yandırdığını bilirəm. Heyətdəki futbolçuların əksəriyyəti gənclərdir. Bu gün üçün bizi "Liverpul" və ya "Mançester Yunayted"lə müqayisə etmək düzgün deyil".

Qeyd edək ki, 21 tura 31 xal toplayan "Çelsi" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.


Xəbər xətti

16 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin