Bakıda yuxu dərmanları 25 yaşlı qızın həyatına SON QOYDU

21:32 - 19 Yanvar 2024

Bakıda yuxu dərmanları 25 yaşlı qızın həyatına SON QOYDU

Bakıda intihar hadisəsi olub.

 

Manset.az lent.az-a istinadən bildirir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 25 yaşlı A.Mirağayeva həddən artıq dərman qəbul edib. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.

Lakin burada göstərilən tibbi yardımlara baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

A.Mirağayevanın ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. İddiaya görə, onun qəbul etdiyi preparatlar yuxu dərmanları olub.

Hazırda faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin