Hava kəskin pisləşir - Bu tarixdən leysan və qar yağacaq
15 Noyabr 2024
10:52 - 8 Oktyabr 2021
“Cənubi Qafqazda dominantlığın real açar Şuşaya nəzarətdədir”.
Manset.az “news.am”a istinadən xəbər verir ki, bunu Ermənistanda tanınmış ictimai xadimi, politoloq Avetik Çələbyan feysbuk səhifəsində yazıb.
“Şuşa ilahinin yaratdığı qaladır. Oradan Qarabağın əhəmiyyətli hissəsinə faktiki nəzarət edilir. Bu həm də bütövlükdə Qarabağ üzərində hakim mövqedə olmaqdır”, - A.Çələbyan yazıb.
Onun yazdığına görə, Şuşa ermənilərin əlində olanda, Ermənistan bütövlükdə Qarabağa, Araz çayı boyu İranla sərhədə nəzarət edib: “Biz regionada hərbi-siyasi cəhətdən dominant güc idik. İndi biz rolumuz dəyişmişik. Onlar (Azərbaycanın nəzrədə tutur- red.) baş roldadır”.
O bildirib ki, yazıqlaşan Ermənistan indi İran və Rusiyaya baxır.
“Şuşa təbii gücü ilə əlçatmaz, səmadakı qartalların qalası, əsl sahibinin əlində alınmaz bir qaladır”,- yazan müəllif gələcəkdə bu qalanın daha güclünün əlində olacağını vurğulayıb.
Qeyd edək ki, oktyabrın 7-də Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında bildirmişdi ki, Şuşa ermənilərə lazım deyil: “Əgərt lazım olsa idi, son on illərdə ora sərmayə qoyulardı”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin