Milli Komandanın düşərgəsində QALMAQAL - Futbolçu jurnalisti döyüb

09:05 - 8 Oktyabr 2021

Milli Komandanın düşərgəsində QALMAQAL - Futbolçu jurnalisti döyüb

İngiltərə "Lester"inin futbolçusu Keleçi İheanaço Nigeriya millisinin düşərgəsində qalmaqal yaradıb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu ondan müsahibə götürmək istəyən müxbirə hücum çəkib.

Hadisə şahidlərinin sözlərinə görə, o, jurnalisti təpikləyərək kənara itələyib. Nigeriya Futbol Federasiyası və İdman Jurnalistləri Assosiasiyası hələlik insidentlə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, İheanaço bu mövsüm "Lester" in heyətində bütün turnirlərdə 10 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Ölkə.az


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin