Milli Məclis Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsinə dair bəyanat yaydı
21 Noyabr 2024
16:25 - 5 Yanvar 2024
Müstəqil Azərbaycan Respublikası istər regionda, istərsə də dünya miqyasında ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələri ildən-ilə daha da gücləndirir və beynəlxalq nüfuzunu artırır. Bütövlükdə, Azərbaycanda gedən inteqrasiya proseslərin, əldə edilən uğurların təməlində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət strategiyası dayanır. Dövlət müstəqilliyinin ilk illərindən etibarən dünya birliyinə inteqrasiya istiqamətində görülən mühüm işlər Azərbaycanı regionda söz sahibi edib. Azərbaycan artıq dünya siyasətinin və iqtisadiyyatının əsas faktorlarından birinə çevrilib. Ölkəmiz dünya birliyinin bütün sahələrində, xüsusilə də enerji sahəsində aparıcı rol oynayır. İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənib.
Mövzu ilə bağlı Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai bildirib ki, müasir dünyada regional ittifaqlarda və razılaşmalarda fəal iştirak etməyin son dərəcə vacib olduğuna inanıram.
Deputatın sözlərinə görə dövlətçiliyimizin möhkəmlənməsinə dəstək olan qurumları, buna mane olmaq istəyən qurumlardan aydın şəkildə ayırmalıyıq:
“Hazırda beynəlxalq münasibətlər sistemi elə bir vəziyyətə gəlib ki, təəssüf ki, dünya birliyi anlayışı öz formasını dəyişib, demək olar ki, dünya birliyi mövcud deyil. Azərbaycanın dünya birliyinə inteqrasiyası mövzusuna gəlməmişdən öncə, beynəlxalq münasibətlər sisteminin hazırki vəziyyətinə nəzər salmağı önəmli hesab edirəm. Dünyada inamsızlıq və milli eqoizm hökm sürür. Bu, beynəlxalq hüquq sisteminin və beynəlxalq təhlükəsizlik mexanizmlərinin deqradasiyasına gətirib çıxardı, bu sahədə bir çox çağırışlar var. Lakin bu o demək deyil ki, Azərbaycan beynəlxalq təşkilatlarla, regional və qlobal birliklərlə əməkdaşlıq etməməlidir. Sadəcə olaraq dövlətçiliyimizin güclənməsinə dəstək olan qurumları, buna mane olmaq istəyən qurumlardan aydın şəkildə ayırmaq lazımdır. Bu baxımdan Azərbaycan Türk Şurasının gücləndirilməsi üçün çox işlər görür və mən xalqımızın strateji maraqlarını məhz orada görürəm. Digər platformalar: İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, SPECA, İslam Əməkdaşlığı Təşkilatı var. Bütün bu təşkilatlar bizə regionda əlaqələr qurmağa kömək edir. Bununla yanaşı, Azərbaycanın ümumavropa və qlobal institutlarda iştirak edir. Amma etiraf etməliyik ki, BMT və ATƏT bu gün faktiki olaraq ölüdür və Avropa Şurası ciddi islahatlar tələb edir. Bunun fonunda Azərbaycan Prezidenti Qoşulmama Hərəkatı ilə fəal iş yolunu seçdi ki, bu da bizim mövqelərimizin möhkəmlənməsi, dost ölkələrin sayının artması şəklində əməli nəticələr verdi.
Nigar Arpadarai qeyd edib ki, Azərbaycan həm qlobal, həm də regional iqteqrasiyanın çoxşaxəli şəbəkəsində yaxından iştirak edir:
“Azərbaycanın region ölkələrinə inteqrasiya olunmasının əsas amillərindən biri iqtisadi, strateji və geosiyasi cəhətdən əlverişli mövqedə yerləşməsidir. Burada mühüm aspekt Azərbaycanın ABŞ, Aİ, Çin kimi böyük dünya dövlətləri ilə münasibətlərini necə qurmasıdır. Bütün bu ölkələrlə əməkdaşlığımızın, apardığımız siyasətin əsasını Azərbaycanın milli maraqlarına hörmət və qarşılıqlı faydalı əməkdaşlıq təşkil edir. Eyni zamanda, böyük oyunçular çox vaxt bu qaydalarla oynamaq istəmirlər. Buna görə də etiraf etməliyik ki, güclü Azərbaycan onların marağında deyil. Misal olaraq Avropa İttifaqını göstərmək olar. Avropa İttifaqın da Azərbaycanın əleyhinə işləyən ölkələr var. Amma Cənab Prezidentin apardığı siyasət ondan ibarətdir ki, Azərbaycan Aİ-nin bir sıra ölkələri ilə birbaşa müsbət əməkdaşlıq qurur və bununla da bu təşkilatın divarları içərisində düşmənlərimizin bizə zərər vurmaq cəhdlərini neytrallaşdırır”.
Əfsanə Rəcəb
6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin