MEDİA Səbuhi Məmmədlinin vəfatı ilə bağlı başsağlığı verdi

11:14 - 17 Yanvar 2024

MEDİA Səbuhi Məmmədlinin vəfatı ilə bağlı başsağlığı verdi

Medianın İnkişafı Agentliyi ( MEDİA) tanınmış jurnalist Səbuhi Məmmədlinin vəfatı ilə bağlı başsağlığı verib.

 

Manset.az xəbər verir ki, bu barədə MEDİA sosial şəbəkədə paylaşım edib.

"Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Səbuhi Məmmədlinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, jurnalist Səbuhi Məmmədli gecə saatlarında 54 yaşında müalicə aldığı tibb müəssisəsində vəfat edib.


Xəbər xətti

3 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin