Saxta spirtli içkidən 11 nəfər öldü

21:48 - 7 Oktyabr 2021

Saxta spirtli içkidən 11 nəfər öldü

Rusiyada saxta alkoqollu içkilərdən zəhərlənərək həyatını itirənlərin sayı 11 nəfərə çatıb.

Manşet.az xəbər verir ki, hadisə Orenburq vilayətində qeydə alınıb.

Spirtli içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilən dörd nəfərin vəziyyəti isə ağırdır.

Vilayət qubernatoru Denis Paslerin mətbuat xidməti bildirib ki, surroqat spirtdən (Odekolon – Red) hazırlanan içki fərqli qablarda və fərqli yerlərdə satılıb. Vətəndaşlara aksiz markası olmayan spirtli içkiləri almamaq tövsiyyə edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin