İlk dəfə Türkiyə vətənadaşı kosmosa göndərilir

21:20 - 16 Yanvar 2024

İlk dəfə Türkiyə vətənadaşı kosmosa göndərilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 fevral 2021-ci il tarixində Milli Kosmos Proqramını açıqlayıb. O, kosmosa 10 hədəf arasında Türkiyə vətəndaşının da göndərilməsi ilə bağlı başlatdığı layihənin sona çatdığını bildirib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki,  açıqlamada sözügedən təcrübələrin mikroqravitasiya və kosmik mühitlərdə, insan genetikası, insan sağlamlığı, biologiya, materialşünaslıq, istehsal texnologiyaları və təməl elmlər sahələrində aparılacağı bildirilib.

Gezeravcının Ax-3 uçuşunda ABŞ və İspaniyanı təmsil edən missiya lideri Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrindən pilot Valter Villadei və Avropa Kosmik Agentliyi adından İsveçli Markus Vandt da iştirak edəcək.

Yanvarın 17-dən 18-nə keçən gecə yerli saatla 01:11-də türk astronavt ilk dəfə kosmosa səyahət edəcək.

Mərasimi saat 23.00-dan etibarən Ankara-Kızılay və İstanbul-Taksimdəki planetariumlardan izləmək mümkün olacaq.


Xəbər xətti

8 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin