Mahir Emrelinin son vəziyyəti bəlli oldu

21:08 - 16 Yanvar 2024

Mahir Emrelinin son vəziyyəti bəlli oldu

Zaqreb "Dinamo"sunun azərbaycanlı futbolçusu Mahir Emrelinin son vəziyyətinə aydınlıq gəlib.

 

Manset.az  bildirir ki, fanat.az-ın məlumatına görə, müayinələrdən sonra Mahirin əməliyyata ehtiyacı olmadığı üzə çıxıb.

Azərbaycan millisinin forvardı cərrah masasına uzanmaq məcburiyyətində qalmasa da, azı ayyarım futbol oynaya bilməyəcək. Bərpa müddətinin 3 aya qədər uzanmaq ehtimalı da var.

Xatırladaq ki, Mahir "Dinamo"nun 10 gün öncə Sloveniya "Roqaşka"sına qarşı keçirdiyi yoxlama görüşündə (1:0) zədələnib.


Xəbər xətti

9 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin