Almaniya klubunun prezidenti qəflətən vəfat etdi

20:37 - 16 Yanvar 2024

Almaniya klubunun prezidenti qəflətən vəfat etdi

Almaniyanın “Herta” klubunun prezidenti Kay Bernşteyn dünyasını dəyişib.

 

Manset.az  Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı funksioner qəflətən vəfat edib.

“Herta”nın yaydığı açıqlamada klubda çalışan hər kəsin K.Bernşteynin ölümündən şoka düşdüyü bildirilib.

Qeyd edək ki, Kay Bernşteyn 2022-ci ilin iyun ayından "Herta"ya rəhbərlik edirdi. O, 1990-cı illərin əvvəllərində Berlin təmsilçisinin fəal azarkeşi olub.


Xəbər xətti

8 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin