"Sumqayıt" Özbəkistan klubuna qalib gəldi

19:20 - 16 Yanvar 2024

Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün 2-ci yoxlama oyununa çıxıb.

 

Manset.az xəbər verir ki, Samir Abasovun komandası Özbəkistan “Soqdiana”sı ilə üz-üzə gəlib.

Oyun "Sumqayıt"ın qələbəsi ilə başa çatıb - 3:1

"Sumqayıt" - "Soqdiana" - 3:1

Qollar: İsa Suliman, 35 (1:0), Rövlan Muradov, 57 (2:0), Ayxan Süleymanlı, 68 (3:0)

“Soqdiana” Özbəkistan çempionatının son mövsümünü 27 xalla 11-ci pillədə başa vurub. "Sumqayıt" isə Misli Premyer Liqasında 27 xalla 4-cüdür.

Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama oyununda Rumıniya təmsilçisi “Hermanştadt”a 0:3 hesabı ilə uduzub.


Xəbər xətti

9 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin