ABŞ qüvvələri ələ keçirilən gəmidə İran istehsalı olan raketlər aşkarladı - FOTO

17:32 - 16 Yanvar 2024

ABŞ qüvvələri ələ keçirilən gəmidə İran istehsalı olan raketlər aşkarladı - FOTO

İran tərəfindən silahların Yəmən husilərinə göndərilməsinin qarşısının alınması məqsədilə baş tutan əməliyyat zamanı ABŞ qüvvələri ələ keçirilmiş gəmidə İran istehsalı olan raketlərin başlıqlarını aşkarlayıblar.

 

Manset.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

“The Washington Post”da dərc olunan xəbərə görə, adı açıqlanmayan ABŞ rəsmisi bildirib ki, Somali sahilləri yaxınlığında ələ keçirilən gəmiyə raket başlıqları və bir sıra sursatlar İrandan yüklənib.

Qeyd olunub ki, daha öncə husilər üçün nəzərdə tutulan İran istehsalı silahların axtarış əməliyyatı zamanı iki Amerika əsgəri Somali sahilləri yaxınlığında itkin düşüb. 


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin