Ana uşağına kimyəvi məhlul içirdərək öldürdü
15 Noyabr 2024
21:14 - 7 Oktyabr 2021
İngiltərənin köklü futbol komandalarından "Nyukasl"ın yeni sahibi müəyyənləşib.
Manşet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin səhmlərini Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondu alıb.
Tərəflər arasındakı bütün hüquqi fikir ayrılıqlarının həll edildiyi və Səudiyyə Ərəbistanı Krallığının kluba nəzarət etməyəcəyinə dair zəmanət verdiyi bildirilib. Potensial müqavilənin dəyəri 300 milyon funt sterlinqdir.
Qeyd edək ki, 1892-ci ildə əsası qoyulmuş "Nyukasl" klubu daha əvvəl iş adamı Mayk Eşliyə məxsus idi. O, 14 ildir Nyukasl təmsilçisinə rəhbərlik edirdi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin