Yaponiyada iki həftə ərzində ikinci təyyarə qəzası baş verdi

17:22 - 16 Yanvar 2024

Yaponiyada iki həftə ərzində ikinci təyyarə qəzası baş verdi

Yaponiyada iki həftə əvvəl iki təyyarənin üz-üzə toqquşmasından sonra daha bir təyyarə qəzası baş verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yaponiyanın NTV telekanalı xəsarət alanların olmadığını bildirib.

Koreya Hava Yollarının rəsmisi bildirib ki, Koreya Hava Yollarına məxsus 003490.KS nömrəli təyyarə Yaponiyanın şimalındakı Hokkaydo adasındakı New Chitose hava limanında Cathay Pacific Airways-in təyyarəsinə çırpılıb.

Aviaşirkət rəsmisi qəzanın Koreya Hava Yollarına məxsus təyyarənin uçuşa hazırlaşarkən baş verdiyini açıqlayıb.

Əfsanə

Manşet.az


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin