Qəbələdə 22 yaşlı oğlan itkin düşdü

17:25 - 16 Yanvar 2024

Qəbələdə 22 yaşlı oğlan itkin düşdü

Qəbələ rayon Mamaylı kənd sakini, 22 yaşlı Fərid Habil oğlu Mirzəliyev yanvarın 15-i səhər saatlarında işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, ailə üzvləri onunla sonuncu dəfə dünən saat 11:00 radələrində telefonla danışıblar.

F.Mirzəliyev evdən çıxarkən əynində qara rəngli idman dəsti olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki Regional Qrupunun baş inspektoru Mahir Məsimov "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, F.Mirzəliyevin tapılması istiqamətində axtarış tədbirləri keçirilir.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin