Türkiyədə yalnız Elazığda mövcuddur - 5 min fincanla Ginnesə girəcək

17:07 - 16 Yanvar 2024

Türkiyədə yalnız Elazığda mövcuddur - 5 min fincanla Ginnesə girəcək

Türkiyədə Elazığda yeganə olan “Qəhvə fincanı” Muzeyi 5 min əsəri ilə Ginnes Dünya Kubokuna girməyə hazırlaşır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, vətəndaşların böyük marağına səbəb olan muzeydə Mustafa Kamal Atatürk və Ara Gülerə ​ aid fincanlar, həmçinin, İngiltərədən Osmanlı İmperatorluğuna göndərilən qəhvə fincanları da sərgilənir.

Elazığ Turizm, Mədəniyyət və Tanıtma Dərnəyinin sədri Ahmet Bulut tərəfindən 2 il əvvəl reallaşdırılması planlaşdırılan “Qəhvə Fincan” Muzeyi 29 oktyabr 2023-cü ildə Cümhuriyyətin 100-cü ildönümündə qapılarını vətəndaşların üzünə açılıb.

Muzeydə tarixi stəkanlar arasında 1737-ci ildə İngiltərədən Osmanlıya göndərilmiş bir fincan və Harput qazıntılarından üzərində 12 heyvan olan türk təqvimi olan bir fincan var. Məşhur fotoqraf Ara Gülərə aid qəhvə fincanları və 17 noyabr 1937-ci ildə Elazığda olmuş Cümhuriyyətimizin qurucusu Mustafa Kamal Atatürkə xalq evində kofe ikram edilərkən istifadə etdiyi fincan da muzeydə sərgilənir.

Ahmet Bulut məqsədlərinin Ginnesin Rekordlar Kitabına düşmək olduğunu bildirib.

“Söhbət dünyada və Türkiyədə bənzəri olmayan bir muzeydən gedir. Bu muzeyi açanda 2023 stəkan hədəfləmişdik, indi isə 5000-dən çox fincanımız var”.

Əfsanə

Manşet.az



Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin