“Final” çay Gəncə Yeni il yarmarkasında - FOTOLAR

17:02 - 16 Yanvar 2024

“Final” çay Gəncə Yeni il yarmarkasında - FOTOLAR

Nəfis dadı və yüksək keyfiyyəti ilə klassikaya çevrilmiş “Final” çay markası Gəncədə Yeni il yarmarkasında iştirak edib. Şəhərin baş meydanında qurulan yarmarkada adıçəkilən marka çaysevərləri ətirli Şri-Lanka çayına qonaq edib.

 

Manset.az xəbər verir ki, yeni il şəhərciyində müxtəlif dadlı təamlar eləcə də maraqlı əyləncələrlə şəhər sakinlərinin bayram günlərində xoş istirahətini təmin edib.

30 ildir istehlakçıların sevgisini qazanan “Final” çayı bayram yarmarkasının keçirildiyi 20 gün ərzində 7000 qonağa çay ikram edib.

Qeyd edək ki, bayram günlərində müxtəlif tədbirlərə dəstək vermiş “Final” çay markası Xankəndi şəhərində keçirilmiş “Qarabağ” - MOİK qarşılaşmasında bütün tamaşaçıları ödənişsiz olaraq çay ilə təmin edib.

 





Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin