Səhiyyə Nazirliyinin 100000 manat xərclədiyi sayt niyə işləmir? - ŞOK SƏBƏB

16:40 - 16 Yanvar 2024

Səhiyyə Nazirliyinin 100000 manat xərclədiyi sayt niyə işləmir? - ŞOK SƏBƏB

Səhiyyə Nazirliyinin yüz minat vəsait xərcləyib yaratdığı  Eresept.az  saytında qeydiyyatdan keçmək mümkün deyil. 

 

Manset.az Vətəninfo.az-a istinadən xəbər verir ki, bu yaxınlarda Səhiyyə Nazirliyinin  kifayət qədər vəsait xərcələyərək  yaratdığı bu saytın əsas məqsədi dövlət tərəfindən müəyyən imtiyazlar verilmiş xəstələrin pulsuz dərmanla təminatını həyata keçirtmək olub.

Yəni imtiyazlı xəstələr portaldan qeydiyyatdan keçməklə dərmanlarını ala bilərlər. Lakin yaradılan saytdan qeydiyyatdan keçmək mümkün deyil.

Nazirliyin saytı yaradılarkan bildirilib ki,  bütün xəstələr haqqında olan məlumat bu bazaya inteqrasiya olunacaq. Lakin etibarlı mənbədən əldə olunan məlumata görə əslində kifayət qədər ciddi məbləğ xərclənərək yaradılan sayt bu gücü daşıya bilməyib. 

Saytın bazasında olan informasiyaların xarici hakerlər tərəfindən oğurlanacağını düşünən dövlət orqanları Səhiyyə Nazirliyinə xəbərdarlıq edərək informasiya portalının təcili təkmilləşdirilməsini  tələb ediblər.

Saytın yaradılmasına kifaayət qədər məbləğ xərcləndiyi bildirilsə də, mövcud vəziyyət bunu əks etdirmir. Faktiki olaraq bu gün çoxsaylı imtiyazlı xəstələr öz dərmanlarını ala bilmir.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin