Bakıda avtomobil qaçırıldı

16:31 - 16 Yanvar 2024

Bakıda avtomobil qaçırıldı

Yanvarın 15-də səhər saatlarında Nəsimi rayonu ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə 19-cu Polis Şöbəsinə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyindən Manset.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini Q.Gülməmmədov avtomobillə saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin