Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
20:55 - 7 Oktyabr 2021
Xalq artisti, mərhum aktyor Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalovun səhhəti ağırlaşıb.
Manşet.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında aktyorun həyat yoldaşı İradə Zeynalova məlumat verib. Onun bildirdiyinə görə, aktyorun əli işləmir:
"Məmmədin əli işləmir. Əlini qəti hiss eləmir, həkimlərə gedirik, müayinə edirlər, amma səbəbini deyə bilmirlər. Biri müayinə edir, sonra digərinə yönəldir. Artıq neçə aydır ki, onun xəstəliyinin səbəbini deyən yoxdur. Xəstənin dərdini həkim deməlidir də. Demək olar ki, onu mən geyindirib gəzdirirəm”.
Qeyd edək ki, İrəvan Dövlət Teatrının aktyoru Məmməd Zeynalov bir neçə il bundan öncə insult keçirib. Bundan əlavə, aktyor həm də böyrək çatışmazlığından əziyyət çəkir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin