Güclü külək əsəcək - Xəbərdarlıq

16:25 - 16 Yanvar 2024

Güclü külək əsəcək - Xəbərdarlıq

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Manset.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 17-si səhərdən axşamadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 17-də qərb küləyinin 15-20 m/s, bəzi şərq rayonlarında arabir 23-28 m/s-dək güclənəcəyi, havanın 17-si axşam əsasən Gəncə-Qazax, Balakən-Şəki zonalarında qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin