Dünyaca məşhur məşqçi rəsmən qovuldu - Avropada qazandığı kubok da çarə olmadı

16:04 - 16 Yanvar 2024

Dünyaca məşhur məşqçi rəsmən qovuldu - Avropada qazandığı kubok da çarə olmadı

Uğursuz gedişatdan sonra "Roma" futbol klubu baş məşqçi Joze Mourinyo ilə yollarını ayırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İtaliya komandası verdiyi açıqlamada portuqaliyalı çalışdırıcının müqaviləsinə xitam verildiyini bildirib.

"Roma"dan edilən şərhdə, "Joseyə "Roma"ya gəlişindən bəri göstərdiyi ehtiras və öhdəliyinə görə təşəkkür edirik. Bununla belə, klubun maraqları naminə təcili dəyişiklik edilməsinin zəruri olduğuna inanırıq. Joze və komandasına gələcəkdə uğurlar arzu edirik” ifadələrdən istifadə edib.

Qeyd edək ki, Mourinyo 2022-ci ildə Romaya UEFA Avropa Konfransı Liqasını gətirmişdi.

Əfsanə

Manşet.az


Xəbər xətti

8 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin