Binəqədidəki dəhşətli partlayış hansı səbəbdən baş verib? - Generaldan AÇIQLAMA

16:05 - 16 Yanvar 2024

Binəqədidəki dəhşətli partlayış hansı səbəbdən baş verib? - Generaldan AÇIQLAMA

Məlum olduğu kimi dünən Binəqədi rayonu ərazisində yerləşən sexdə böyük partlayış baş verib. Partlayış nəticəsində indiyə qədər 8 nəfər həlak olub, 20-dən çox xəsarət alan var. Ərzidə geniş miqyasda infrastruktura ziyan dəyib. 

 

Manset.az hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə əlaqə saxlayıb. O, hadisənin hansı səbəbdən baş verdiyini araşdırmalardan sonra bəlli olacağını qeyd edib. 

 

"Respublika prokurorluğu bu barədə araşdırma aparır. Bitdikdən sonra məlumat veriləcək. İlkin versiya kimi nəsə deyə bilmərik. FHN-ni günahlandırmağa gəldikdə isə hər şey açıqlandıqdan sonra bəlli olacaq. Hazırda yenə də hadisə yerindəyəm. Camaat bu dəqiqə məndən əzizləri ilə bağlı maraqlanır, onlara məlumat verməliyəm, təşəkkür edirəm!"

 

Manşet.az


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin