Qripdən qorunmağın ən yaxşı YOLU

15:32 - 16 Yanvar 2024

Qripdən qorunmağın ən yaxşı YOLU

Havaların kəskin soyuması ilə əlaqədar olaraq yüksək temperatur və boğaz ağrısından əziyyət çəkənlər var. Vəziyyətdən çıxış yolu kimi isə əhalinin qrip əleyhinə peyvənd edilməsi tövsiyə olunur. Səhiyyə Nazirliyi də vətəndaşları peyvəndləmədə fəal iştirak etməyə çağırır.

 

Manset.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazovun dediyinə görə, hazırda dövriyyədə bir neçə respirator qrip infeksiyası var. Qripə yoluxmamaq üçün o peyvənd olunmağı məsləhət görür.

Qrip əleyhinə olan peyvəndlərdən kimlərin istifadə etməsinə aydınlıq gətirən mütəxəssis deyib: “5 yaşından aşağı uşaqlar, hamilə qadınlar, 65 yaşdan yuxarı olanlar, o cümlədən xroniki xəstəlikləri olanlar qripə yoluxarsa, xəstəlik daha uzun çəkə və fəsadlaşma verə bilər. Bunların baş verməməsi üçün birinci növbədə yaşadığı ərazi üzrə müraciət edib dövlət hesabına qripə qarşı peyvənd vurdura bilərlər. Uşaqlara isə həmin peyvəndin vurulmasına altı aydan sonra icazə verilir”.

Belə məqamda isə sual yaranır: bir şəxs hazırda aktiv olan həm qızılca, həm də qrip əleyhinə peyvənd vurdura bilərmi? Həkimlərin verdiyi məlumata görə, vətəndaşlara hər iki peyvəndin vurulmasında heç bir narahatlıq yoxdur. Qeyd edək ki, qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış yerində uşaq və böyük insanlara ambulator-poliklinik xidməti göstərən tibb müəssislərinə müraciət edə bilərlər.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin