Türkiyəli bəy nikah masasından qaldırılıb deportasiya edildi

15:21 - 16 Yanvar 2024

Türkiyəli bəy nikah masasından qaldırılıb deportasiya edildi

Avstriyada yaşayan Həmzə adlı 27 yaşlı Türkiyə vətəndaşının evlilik sevinci yarımçıq qalıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, səlahiyyətlilər tərəfindən toy mərasimində “ölkədə qeyri-qanuni olduğu” əsası ilə nikah masasından qaldırılıb və deportasiya ediləcəyi öyrənilib.

Bildirək ki, 27 yaşlı Həmzə və 40 yaşlı alman nişanlısı Gündülə ilə evlənəcəkdi.

Həmzənin vəkili Qreqor Klammer bildirib ki, Həmzə çərşənbə axşamı saat 19:10-da Türkiyəyə göndəriləcək. Vəkil Həmzənin oradan hərbi xidmətə göndəriləcəyini qeyd edib.

Əfsanə

Manşet.az

 



Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin