Yaxın 3 günün havası açıqlandı - Hava yenidən soyuyur?

15:03 - 16 Yanvar 2024

Yaxın 3 günün havası açıqlandı - Hava yenidən soyuyur?

"Ayın 18-i, 19-u və 20-də ölkə ərzisində havanın sabit, əsasən yağmursz keçəcəyi gözlənilir. Hava şəraitində ciddi dəyişiklik gözlənilmir".

 

Bu barədə Manset.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, sabah gün ərzində şimal atmosfer təzyiqi yüksəlməsi planında şimal-qərb küləyinin güclənməsi gözlənilir:

"Sabah gün ərzində şimal-qərb küləyi əsəcək. Lakin sonrakı günlərdə ayın 18-19-da bölgələrdə də şimal-qərb küləyinin güclənməsi gözlənilir. Lakin yağmursuz hava şəraiti olacaq. Hava şəraiti ilə bağlı ciddi dəyişiklik olarsa bu haqda məlumat verəcəyik. 17-si axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı olacağı ehtimal olunur".


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin