Dağıntılar altından çıxarılanların sayı 9 oldu - YENİLƏNDİ (FOTOLAR)

16:48 - 16 Yanvar 2024

Dağıntılar altından çıxarılanların sayı 9 oldu - YENİLƏNDİ (FOTOLAR)

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışdan sonra dağıntılar altından bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən daha bir nəfərin meyiti tapılıb.

 

Manset.az xəbər verir ki, bununla dağıntılar altından çıxarılan meyitlərin sayı doqquza çatıb.

***

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından daha bir nəfərin cəsədi tapılıb. 

Manset.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 8 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.






Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin