Plastik əməliyyat etdirən məşhur müğənni gülüş obyektinə çevrildi

14:32 - 16 Yanvar 2024

Plastik əməliyyat etdirən məşhur müğənni gülüş obyektinə çevrildi

Türkiyədə 2000-ci illərdə mahnıları ilə məşhur olan müğənni Gökhan Özen üzündəki dəyişiklik ilə gündəmə gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ötən gün mükafatlandırma mərasimində iştirak edən 42 yaşlı Özen əməliyyat olunduğunu bildirib.

Özen açıqlamasında "Əməliyyat oldum, amma sağlamlıq üçün. Görmə qabiliyyətim çox daralmışdı. Çətinliklə yaxını-uzağı görməyə başlamışdım. Bir neçə dəfə mürəkkəb əməliyyatlar keçirdim. Həm smart linzalar taxılıb, həm də bəzi əməliyyatlar aparılıb. Bunun da estetik əksi olacaq, əlbəttə" deyib.

Özenin gözə çarpan yanaq sümükləri və üzündəki gərgin ifadə pərəstişkarları tərəfindən bəyənilməyib.

Qeyd edək ki, Özənin "Vah Vah", "Mənim işin ne yapardın”, “Aramazsan Arama” ve “Bize Aşk Lazım” kimi məşhur mahnıları var.

Əfsanə

Manşet.az



Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin