75-ci Emmy Mükafatları öz qaliblərini tapdı: Succession geceye damğa vurdu

14:09 - 16 Yanvar 2024

75-ci Emmy Mükafatları öz qaliblərini tapdı: Succession geceye damğa vurdu

ABŞ-nin ən nüfuzlu mükafatlarından biri olan 75-ci Emmi Mükafatlarında “Succession” və “The Bear” serialları 6 mükafat qazanaraq gecəyə damğasını vurub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mərasim Los Ancelesdəki Peacock Teatrında baş tutub.

“Succession”, “Beef” və “The Bear” ən yaxşı prodakşnlar kimi seçilib. Sarah Snook, Kieran Culkin və Matthew Macfadyen rollarına görə böyük mükafatlar qazansa da, “Succession” ən yaxşı dram serialı mükafatına da layiq görülüb. Serialın yaradıcısı Cessi Armstronq “Serialı bitirmək böyük kədərlidir, amma bunu etmək həm də böyük zövq idi” ifadələrini işlədib.

Hal-hazırda çox populyar olan, birinci sezonundan sonra ikinci sezonu ilə ekranlarda yayımlanan “The Bear” “Succession”dan sonra gecənin ikinci qalibi olub. Komediya serialında ən yaxşı serial, ən yaxşı ssenari, ən yaxşı kişi rolu, ən yaxşı köməkçi qadın və köməkçi aktyor kateqoriyalarında mükafatlandırılan “The Bear” da gecədən 5 mükafatla ayrılıb.

Əfsanə

Manşet.az


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin