Yaxın Şərq qarışır - İran İraqda Mossadın binasını vurdu

13:49 - 16 Yanvar 2024

Yaxın Şərq qarışır - İran İraqda Mossadın binasını vurdu

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İsrailin xarici kəşfiyyat təşkilatı Mossad-ın İraqın Ərbil şəhərindəki qərargahının ballistik raketlərlə hədəf alındığını bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə İran İnqilab Keşikçiləri Korpusu açıqlama verib.

Açıqlamada hücumun İsrail İnqilab Keşikçiləri Korpusunun komandirlərinin və İranın dəstəklədiyi milis qruplarının öldürülməsinə qarşı həyata keçirildiyi bildirilib.

Bəyanatda “İranda casusluq fəaliyyətinin və terror aktlarının planlaşdırılmasının mərkəzi olan Mossad-ın əsas casus qərargahlarından birinin Ərbildə dağıdıldığı”qeyd olunub.

Bu açıqlamadan sonra yayılan ikinci açıqlamada Suriyadakı İŞİD terror təşkilatına aid hədəflərin də İrandan atılan ballistik raketlərlə bombalandığı bildirilib.

Əfsanə

Manşet.az


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin