Mbappe PSJ ilə bağlı qərarını AÇIQLADI

13:20 - 16 Yanvar 2024

Mbappe PSJ ilə bağlı qərarını AÇIQLADI

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa klubundakı gələcəyi ilə bağlı qərar verib.

 

Manset.az BAKU.WS-ə xəbər verir ki, bu barədə jurnalist Abdella Boulmanın sosial şəbəkələrdə məlumat yayıb.

25 yaşlı futbolçu PSJ ilə müqaviləsini yeniləməyəcək və yayda klubu tərk edəcək.

Yanvarın 8-də "Real Madrid"in fransalı hücumçu ilə artıq tam razılığa gəldiyi bildirilirdi.

Futbolçunun transferində "Liverpul" da maraqlıdır.

Lakin jurnalist Fransua Qalardonun sözlərinə görə, forvard Madrid klubuna keçmək istədiyi üçün mersisaydlıların təklifini rədd edib.

Qeyd edək ki, bu mövsüm Mbappe PSJ-nin heyətində 24 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib.

Onun parislilərlə müqaviləsi mövsümün sonunda başa çatır.


Xəbər xətti

8 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin