Mourinyu “Roma”dan qovuldu

12:59 - 16 Yanvar 2024

Mourinyu “Roma”dan qovuldu

İtaliyanın “Roma” futbol klubu baş məşqçi Joze Mourinyunu istefaya göndərib.

 

Manset.az xəbər verir ki, klubun mətbuat xidməti 60 yaşlı mütəxəssislə müqaviləyə xitam verdiyini bildirib.

“Jozenin “Roma”da olduğu vaxtla bağlı həmişə gözəl xatirələrimiz qalacaq, lakin biz inanırıq ki, dəyişikliklər klubun maraqlarına uyğundur. Joze və onun heyətinə uğurlar arzulayırıq”, - bəyanatda deyilir.

Klub yaxın vaxtlarda yeni baş məşqçinin təyinatı ilə bağlı qərar verəcəklərini qeyd edib.


Xəbər xətti

9 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin