Messi 2023-cü ilin ən yaxşı oyunçusu kimi hansı futbolçunu seçib?

11:20 - 16 Yanvar 2024

Messi 2023-cü ilin ən yaxşı oyunçusu kimi hansı futbolçunu seçib?

Argentina millisinin kapitanı və ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holandı 2023-cü ilin ən yaxşı futbolçusu adlandırıb.

 

Manset.az xəbər verir ki, müvafiq məlumat Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) saytında dərc olunub.

FIFA tərəfindən 2023-cü ilin ən yaxşı oyunçusu seçilən Messi PSJ-nin hücumçusu Kilian Mbappeni ikinci, “Mançester Siti”dən Julian Alvaresi isə üçüncü yerə qoyub.

Qeyd edək ki, Messi və Holand eyni sayda xal toplayıblar, amma argentinalı forvard qalib gəlib. Çünki ona daha çox milli komandaların kapitanları səs veriblər.


Xəbər xətti

8 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin