Eldar Quliyev niyə Azərbaycan vətəndaşlığı almır?

23:27 - 15 Yanvar 2024

Eldar Quliyev niyə Azərbaycan vətəndaşlığı almır?

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov komandanın futbolçusu Eldar Quliyevin hələ də Azərbaycan pasportu almamasının səbəbi haqda danışıb.

 

Manset.az xəbər verir ki, o, "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında bununla bağlı deyib: 

“Mən də istəyirəm. Bu, həm kluba, həm Eldarın özünə, həm də milli komandamıza faydalı olar. Amma özü hələlik bu haqda düşünmür”.

Qeyd edək ki, bu ilin martda 22 yaşı tamam olacaq Eldar Quliyev Ukraynada doğulub və həmin ölkənin vətəndaşıdır. O, Ukraynanın U-21 millisində çıxış edib. Ukraynada bir neçə klubda çıxış etmiş Quliyev 2023-cü ilin fevralından “Zirə”də oynayır.


Xəbər xətti

9 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin