Leyla və Arzu Əliyevalar iftar məclisində - FOTOLAR
14 Mart 2025
20:43 - 15 Yanvar 2024
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə iranlı həmkarı Məhəmməd Aştiyani arasında telefon danışığı olub və ikitərəfli münasibətlər müzakirə olunub.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, telefon danışığı ilə bağlı açıqlamada iki ölkənin böyük əhəmiyyətə malik müqavilə imzalayacağı bildirilib.
Müdafiə Nazirliyinin bəyanatına görə, Şoyqu və Aştiyani Rusiya-İran münasibətlərinin əsas prinsiplərinə, o cümlədən suverenliyə, ərazi bütövlüyünə və BMT Nizamnaməsinin digər prinsiplərinə qeyd-şərtsiz hörmətlə bağlı dəyişməz qarşılıqlı öhdəliklərin qorunub saxlanıldığını vurğulayıblar. Bu məsələlər Rusiya ilə İran arasında imzalanmaq üçün hazırlanan böyük müqavilədə yer alacaq.
Nazirlər Rusiya və İran arasında hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib, regionda təhlükəsizlik vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar. Şoyqu iki ölkənin həqiqətən bərabər çoxqütblü dünya qurmaq üçün birgə səylərinin durmadan artdığını vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin