“Ona hörmət etmirəm, insanlar həqiqəti bilməlidirlər” - FOTO

18:54 - 15 Yanvar 2024

“Ona hörmət etmirəm, insanlar həqiqəti bilməlidirlər” - FOTO

“Mançester Yunayted” məni qovmağa çalışdı. Tək məşqçi yox, klubda iki-üç nəfər də vardı. Özümü xəyanət edilmiş hiss etdirdim”.

 

Manset.az  xəbər verir ki, bunu “Əl-Nəsr”in portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo deyib.

Hücumçu Kərim Benzemanın “Mançester Yunayted”ə keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. O, özünün klubdan necə ayrıldığını xatırladaraq, “qırmızı şeytanlar”da baş məşqçi Erik ten Haqla işləməyin çətin olduğunu vurğulayıb: “Ona hörmət etmirəm, çünki o da mənə hörmət göstərməyib. Məni heç nə maraqlandırmır, insanlar həqiqəti bilməlidirlər. Bəli, özümü xəyanətə düçar olmuş hiss etdim. Mənə elə gəlirdi ki, insanlar məni orada istəmirlər”.

Qeyd edək ki, Kriştiano Ronaldonun “Mançester Yunayted”də ikinci dönəmi 2021-22 mövsümündə olub.


Xəbər xətti

8 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin