Real Madridin ulduzu tarixi qələbədən sonra Arda Gülərin ləqəbini açıqladı

12:11 - 15 Yanvar 2024

Real Madridin ulduzu tarixi qələbədən sonra Arda Gülərin ləqəbini açıqladı

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda "Barselona"nı 4:1 hesabı ilə məğlub edərək İspaniya Superkubokunu qazanan "Real Madrid"in futbolçusu Antonio Rudiger matçdan sonra Arda Gülər ​​haqqında xoş sözlər deyib.

 

Manset.az-ın xarici mediaiaya istinadən məlumatına görə, Rudiger Arda Gülərin Məsut Özilə bənzədiyini bildirib.

Rüdiger açıqlamasında, "Arda Gülər ​​mənə Məsut Özili xatırladır. Biz ona "Arda Qardaş" deyirik. Arda Gülər ​​çox istedadlı oyunçudur. Türkiyədə istedadlı oyunçular var. Ardaya vaxt vermək lazımdır. O, çətin dövr keçirdi, zədəsini sağaltdı. Hər keçən gün yaxşılaşır. Arda Gülər “Real Madrid”in gələcəyidir", deyib.

Əfsanə

Manşet.az

 



Xəbər xətti

8 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin