İcbari tibbi sığorta ilə bağlı xidmət göstərən özəl klinikaların sayı artdı

14:26 - 7 Oktyabr 2021

İcbari tibbi sığorta ilə bağlı xidmət göstərən özəl klinikaların sayı artdı

Xidmətlər Zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin siyahısı genişlənib.

Manset.az müqaviləli tibb müəssisələrinin siyahısını təqdim edir:

1. Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxs

2. Mərkəzi Klinik Xəstəxana

3. Caspian International Hospital

4. Respublika Diaqnostika Mərkəzi

5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi

6. Gəncə Beynəlxalq Xəstəxanası

7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

8. Mərkəzi Neftçilər Xəstəxanası

9. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi

10. EGE Hospital

11. Sumqayıt Hospital

12. Avrasiya Hospital

13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi

14. Leyla Medical Center

15. Badam Medical Center

16. Lor Hospital

17. Məlhəm Beynəlxalq Hospital

18. “OKİ” Özəl Tibbi Müalicəxanası

19. “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (Zəfəran hospital)

Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. TƏBİBin tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa müqaviləli tibb müəssisəsinə göndəriş verilir.

Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin