Azərbaycanda 75 yaşlı qadının asılmış meyiti tapıldı

22:27 - 22 İyun 2021

Azərbaycanda 75 yaşlı qadının asılmış meyiti tapıldı

Göygöl rayonunda yaşlı qadın özünü asaraq intihar edib.

Manset.az-ın məlumatına görə, hadisə Göygöl şəhərinin Şəhriyar küçəsində qeydə alınıb.

Tənha yaşayan rayon sakini, 75 yaşlı C.Kərimovanın yaxınları 2 gün ondan xəbər tutmayıb. Evə gələn qohumları qadını asılı vəziyyətdə görüblər.

Hadisə ilə bağlı polisə məlumat verilib, əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.(report)


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin