Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər - Menyu 400 manat
27 Noyabr 2024
11:16 - 7 Oktyabr 2021
“Balamın məzarının başında dayanmışam. Bir neçə şəhidin məzarının başında dayandıqda içimdən nə hisslər keçirdi, necə olurdumsa, indi də belə dayanmışam. Çünki mənim oğlum o şəhidlərin heç birindən artıq deyil. Bacardığım qədər güclü olmağa çalışıram”.
Manset.az xəbər verir ki, bu sözləri mərhum oğlu Əlinin məzarını ziyarət edən Xalq artisti Nazpəri Dostəliyeva deyib. Həmin kadrları “1 dəqiqə” verilişi lentə alıb.
Müğənninin sözlərinə görə, oğlu vəfat edəcəyini əvvəlcədən bilirdi: “Çox qəribədir ki, o, dünyadan köçəcəyini bilirdi, mən bilmirdim. O görürdü, mən görmürdüm. Mən inanmırdım. Bir az fikir edirdi. Son ildə onun öz problemləri oldu. Məndən gizlədirdi”.
Xalq artisti oğlunun son günlərini belə xatırlayır:
“22-si (martın-red.) özünü pis hiss etdi. Həkimlərə zəng vurduq. Sonuncu kardioloq dedi ki, Nazpəri xanım, dəyməyin, toxunmayın. Onu (oğlumu-red.) qucaqladım, basdım sinəmə. Yatıb yuxuma da gəlməzdi ki, Əli son nəfəsini tapşıracaq. Əli əvvəl dedi, mama, sən mənim əziyyətimi çox çəkmisən, sən güclü qadınsan, heç vaxt yenmə, əyilmə, sən sənətkarsan, səni sevənlərin gözünü yolda qoyma. Amma mən heç nə anlamırdım. Biz heç birimiz başa düşmədik ki, Əli son sözlərini deyir. Əli əllərimi öpdü və son nəfəsini verdi”.
Qeyd edək ki, N. Dostəliyevanın böyük oğlu Əli Quliyev bu ilin martında 41 yaşında vəfat edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin