Rusiyalı turist itib - Görün harda (FOTO)

18:00 - 10 Yanvar 2024

Rusiyalı turist itib - Görün harda (FOTO)

Rusiyalı turist Nadejda Yarıgina  yanvarın 4-də Türkiyənin  antalya şəhərində itib.

 

Manset.az xəbər verir ki, dekabrın 31-də Antalyanın Kemer səmtindəki Kiriş səmtindəki 5 ulduzlu otelə istirahətə gələn Rusiya vətəndaşı Nadejda Yarıgina təkbaşına getdiyi meşədən geri qayıtmayıb.

Yanvarın 8-də geri dönüş bileti olan və otelə qayıtmayan Nadejeda Yarıginanın da hava limanını tərk etmədiyi müəyyən edilib.

Nadejda Yarıginanın mehmanxana otağında əşyaları və sənədləri aşkar edilərkən, onun mobil telefonunun olmadığı müəyyən edilib.

Kəmər təhlükəsizlik polisi, Kəmər Axtarış-Xilasetmə (KEMKUT) və Axtarış Qurtarma Dərnəyi (MAKSAT) qrupları Nadezheda Yaryginanın tapılması üçün axtarış işlərinə başlayıb.

Nadejeda Yarıginanın təbiət gəzintisi üçün getdiyi Çalış Təpədə axtarış işlərinin davam etdiyi öyrənilib.

Jalə

Manşet.az

 



Xəbər xətti

9 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin