Bu ərazinin bir hissəsində su olmayacaq

17:58 - 10 Yanvar 2024

Bu ərazinin bir hissəsində su olmayacaq

Sumqayıtın bir hissəsinə suyun verilişində fasilə yaranacaq.

 

Manset.az  xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə qidalandıran Saray 85.75 səviyyəsindən gələn d450mm-lik su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq bu gün saat 21:00-dan, səhər saat 06:00-a qədər şəhərin bəzi ünvanlarında suyun verilişi dayandırılacaq.

Kəmərin su ilə təmin etdiyi 48, 50, 51-ci məhəllələrdə, 16, 17, 18, 20 və 21-ci mikrorayonların bir hissəsi və Corat qəsəbəsinin bir hissəsinə suyun verilişində fasilələr yaranacaq.


Xəbər xətti

8 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin