NASA Hatayın sönən işıqlarını paylaşdı

17:11 - 10 Yanvar 2024

NASA Hatayın sönən işıqlarını paylaşdı

ABŞ Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) zəlzələdən əvvəl və sonra Hatayın gecə işıqlarını paylaşıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ortaya çıxan görüntülər fəlakətin miqyasını bir daha ortaya qoyub.

Bundan əlavə, zəlzələdən 2 gün əvvəl və 2 gün sonra gecə işıqları müqayisə edilərək elektrik enerjisinin kəsilməsinin balans hesabatı da üzə çıxıb.

NASA tərəfindən paylaşılan görüntülərin şərhində aşağıdakı ifadələr yer alıb:

"2023-cü il fevralın 6-da Türkiyənin cənubunda və Suriyanın şimal-qərbində baş verən zəlzələlər xeyli insan tələfatı və infrastruktura ziyan vurub. Xüsusilə Türkiyənin Hatay vilayətinin Antakya rayonu böyük zərər çəkib. Peyklərdən əldə edilən məlumatlar bölgənin böyük bir hissəsinin elektrik enerjisini itirdiyini göstərir".   

Soldakı xəritə 4 fevral 2023-cü il tarixini göstərir; Sağdakı xəritə eyni ərazini fevralın 8-də göstərir.

Əfsanə

Manşet.az


Xəbər xətti

9 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin