Brilliant Dadaşovanın həbs edilən bacısı oğlu haqqında ŞOK FAKTLAR

10:08 - 7 Oktyabr 2021

Brilliant Dadaşovanın həbs edilən bacısı oğlu haqqında ŞOK FAKTLAR

Ötən gün Xalq artisti Brilliant Dadaşovanın bacısı oğlu Mahmudov Zaur Arif oğlu həbs olunub. Narkotik satışında ittiham edilən Zaur 5 il müddətində azadlıqdan məhrum edilib.

Manset.az xəbər verir ki, onun haqqında sosial şəbəkələrdə yeni məlumatlar yayılıb.

Belə ki, Zaurun I Qarabağ müharibəsi zamanı Tərtərdə düşmənlə üzbəüz mövqedə döyüşdüyü, eyni zamanda minaya düşən yaralı əsgərləri xilas etdiyi bildirilir.

Mahmudov həmin illərdə iştirak etdiyi döyüşlərdə 2 dəfə ağır kantuziya alıb, o cümlədən başına 17 tikiş qoyulub. Onun ayaq nahiyəsində də iri tikişlər var.

Qeyd edək ki, ötən gün hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən məhkəmədə hökm oxunub. Qərara əsasən, Zaur Mahmudov 5 il müddətinə həbs edilib. Onunla birlikdə saxlanılan və həbsdə olan Habil Əliyev isə 13 il müddətinə azadlıqdan məhrum edilib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin