Avropada qaz 600 dollardan çox ucuzlaşdı

07:53 - 7 Oktyabr 2021

Avropada qaz 600 dollardan çox ucuzlaşdı

Avropada təbii qazın qiyməti hər min kubmetrə görə 1 937 ABŞ dollarına çatdıqdan sonra ötən günün sonunda 600 ABŞ dollarından da aşağı düşüb.

Manset.az "Prime"a istinadən xəbər verir ki, bunu "ICE Futures"dəki ticarət məlumatları sübut edir.

Belə ki, noyabr qaz fyuçerslərinin qiyməti ticarətin açılışında hər min kubmetr üçün 1 550 ABŞ dollarını keçərək, maksimum həddə - min kubmetr üçün 1 937 ABŞ dollarına çatıb.

Ticarət sessiyasının sonunda fyuçerslərin qiyməti min kubmetr üçün 1 258,2 ABŞ dolları təşkil edib.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin