Ötən ay sirkə turşusundan zəhərlənən 3 nəfər ölüb

12:11 - 8 Yanvar 2024

Ötən ay sirkə turşusundan zəhərlənən 3 nəfər ölüb

Dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 123 nəfər qəbul edilib.

 

KTM-dən Manset.az-a verilən məlumata görə, onlardan 54-ü kişi, 49-u qadın, 20-si isə uşaq olub.

Qəbul olunan xəstələrin 52-si dərmandan, 33-ü sirkə turşusundan, 19-u dəm qazından, 9-u etanoldan, 1 nəfər isə göbələkdən zəhərlənib. 2 nəfər allergik reaksiya, 6 nəfər botulizm, 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3 nəfər dünyasını dəyişib. Hər 3 ölüm faktı sirkə turşusundan zəhərlənmə səbəbilə qeydə alınıb.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin