İtaliya “Aİ ordusu” yaratmağa çağırış etdi

11:34 - 8 Yanvar 2024

İtaliya “Aİ ordusu” yaratmağa çağırış etdi

İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Avropa İttifaqının (Aİ) sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək bir ordu qurması lazım olduğunu bəyan edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Tajani İtaliyanın “La Stampa” qəzetinə müsahibəsində bildirib.

Tajani rəhbəri olduğu “Forza Italia” partiyasının Avropada müdafiə sahəsində daha güclü əməkdaşlığa üstünlük verdiyini qeyd edib.

Xarici işlər naziri Yaxın Şərqdən Hind-Sakit Okean hövzəsinə qədər böhranların yaşandığı və ABŞ, Çin, Hindistan və Rusiya kimi güclü oyunçuların olduğu bir dünyada Aİ-nin daha təsirli rol oynayacaq “orduya” malik olması lazım olduğunu müdafiə edib:

“Əgər biz dünyada sülhməramlı olmaq istəyiriksə, bizə Avropa ordusu lazımdır və bu, effektiv Avropa xarici siyasətinin olması üçün əsas şərtdir”.

Əfsanə

Manşet.az


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin