Aygün Bəylər dəfn edildi - YENİLƏNDİ

13:31 - 8 Yanvar 2024

Aygün Bəylər dəfn edildi - YENİLƏNDİ

Əməkdar artist Aygün Bəylər (Hümmətova) dəfn olunub.

 

Manset.az xəbər verir ki, mərhum Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, sənət adamları iştirak ediblər.

***

Əməkdar artist Aygün Hümmətova (Bəylər) dəfn edilir.

Manset.az xəbər verir ki, sənətçinin nəşi S.Bəhlulzadə adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimindən sonra Suraxanı qəbiristanlığına aparılıb.

Qeyd edək ki, 48 yaşlı Əməkdar artist uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, yanvarın 6-da Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

***

Aygün Bəylərlə vida mərasimi başa çatıb.

Əməkdar artistin nəşi dəfn olunması üçün Suraxanı qəbiristanlığına aparılıb.

***

Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasimi başlayıb.

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərasim S.Bəhlulzadə adına Mədəniyyət Mərkəzində keçirilir.

Sənət dostları A. Bəylərlə vidalaşmaq üçün bura toplaşır.

Əməkdar artist Suraxanı qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, 48 yaşlı Əməkdar artist uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, yanvarın 6-da Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 Allah rəhmət eləsin!



Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin